Xiaomi Mi 8 Lite üçün"Gecə Səhnəsi" Kamera Modu Gəldi

2 months ago by Admin 0 comments 125 views
Xiaomi Mi 8 Lite üçün"Gecə Səhnəsi" Kamera Modu Gəldi

Daha noyabr ayından Xiaomi Mi Mix 3 modelinin kamerasında olan “Gecə Səhnəsi” rejiminin Mi 8 Mi Mix 2S modellərinə də gələcəyi barədə məlumatlar bəlli idi. Bu günlərdə isə Gecə Səhnəsi rejiminin Redmi Note 7 və həmçinin Mi 8 Lite modeli üçün də gələcəyi bəlli oldu.

Gecə səhnəsi modu – Nümunə

Xiaomi rəsmisi Chuan Wang  yaydığı məlumatda Xiaomi mühəndislərinin Gecə Səhnəsi rejiminin alqoritminin digər cihazlara daşınması üzərində gərgin işlədikləri haqqında məlumat verib. Redmi Note 7  14nm çipsetə malik olan ucuz sinif smartfonlarında bu rejimin problemsiz işləyə biləcəyini sübut etdiyi üçün bu özəlliyin yaxın zamanda daha çox smartfonlara gələcəyini gözləmək olar.

Chuang Wang paylaşdığı Gecə səhnəsi rejimində çəkilmiş şəkil nümunəsi

 

Müzakirəyə qoşul

Müqayisə növbəsi