Xiaomi 2 dəlikli ekran patentləşdirir

last week by Admin 0 comments 17 views
Xiaomi 2 dəlikli ekran patentləşdirir

2017-ci ilin sonu ilk dəfə Apple şirkəti “kəkilli” ekrana sahib olan iPhone X smartfonunu təqdim edəndə smartfon sahəsində böyük rezonans doğurmuşdur. Bundan sonra demək olar ki bütün smartfon istehsalçıları öz smartfonlarının ekranında cürəbəcür “kəkil” quraşdırmağa başladı. 2018-ci ildə isə Huawei, Wiko və s smartfon istehsalçıları kəkili damlaya bənzər formaya salmağa nail oldular. 2018-ci ilin sonlarında isə ilk dəfə olaraq Huawei şirkəti kəkildən imtina edib birbaşa ekranda olan dəlikdən istifadə edərək Nova 4 modelini təqdim etdi.

Bir neçə gün öncə internetə sızdırılan məlumatlardan Xiaomi şirkətinin öz azarkeşlərini daha fərqli formada heyrətləndirmək üçün 2 dəlikli ekran patentləşdirdiyi məlum oldu.

Xiaomi 2 dəlikli ekran prototipi

WIPO ( World Intellectual Property Organization ) bazasında olan məlumata görə şirkət 2 dəlikli ekranın 24 formasını nəzərdən keçirib. Amma Xiaomi-nin məhz hansı stili seçdiyi barədə ətraflı bəlumat yoxdur. Mümkündür ki, yaxın zamanlarda Xiaomi təqdim edəcəyi Mi 9 smartfonunu bu ekranla təchiz etsin

Müzakirəyə qoşul

Müqayisə növbəsi