LG G8 ThinQ - Şirkətin 2019-cu il üçün ilk flaqmanının şəkilləri sızdırıldı

3 months ago by Admin 0 comments 105 views

LG şirkətinin 2019-cu il üçün ilk flaqman modeli olan LG G8 ThinQ-in emal (render) edilmiş görüntüləri internetə sızıdırılıb.

LG G8 ThinQ Leaked Render

Şəkildən göründüyü kimi LG G8 ThinQ smartfonu 2018-ci ilin trendi olan “kəkilli” ekrana sahibdir. Bundan əlavə ekranın kənarları dairəvi formadadır. Cihaızn sol yanında səs gurluğu düymələri (səs artıran və səs azaldan) və Google Assitant düyməsi yer alır. Cihazın sağ kənarında isə enerji düyməsi (power) və SİM kart dəliyi yerləşir. SİM kart dəliyinin aşağısında və alt hissədə yerləşən gurdanışan və mikrofon dəliklərinin yanında isə antennaya aid olan çıxışlar gözə çarpır.

LG G8

Məhşur OnLeaks-ın portalının yaydığı yuxarıdakı digər şəklə əsasən demək olar ki, cihaz aşağı hissədə 1 mikrofon, 1 gurdanışan və qulaqcıq girişi üçün 3.5 mm dəliklə təchiz olunub. LG G8 ThinQ parametrləri haqqında təəssüf ki heç bir məlumat yoxdur. Ümid edirik ki, yaxın zamanlarda flaqmanın texniki göstəriciləri haqqında məlimatlar internetə sızdırılacaq. Smartfonun Şənbə, 24 Fevral 2019-cu ildə MWC-2019 sərgisində təqdim olunacağı gözlənilir.

Ən son mobil xəbərlər, mobil telefon qiymətləri, endirim kuponları və endirim kompaniyaları haqqında xəbər almaq istəyirsinizsə Bizi izləməyə davam edin

Müzakirəyə qoşul

Müqayisə növbəsi