Huawei P30 və P30 Pro Full HD displeylə Android 9 üzərində çalışacaq

last month by Admin 0 comments 45 views
Huawei P30 və P30 Pro Full HD displeylə Android 9 üzərində çalışacaq

Dünya ictimaiyyəti 24 fevral 2019-cu ildə İspaniyanın Barselona şəhərində təşkil ediləcək MWC 2019 sərgisində Huawei şikətinin ilk 5G modemə sahib olacaq P30 və P30 Pro modellərini sərgiləyəcəyini gözləyir. Amma, bu gün Huawei-in Polşa bürosu səhvən təqdimatın mart ayının sonunda Parisdə baş tutacağı haqqında məlumatı ictimailəşdirib.

 

 

Şəkillərdən göründüyü kimi Huawei P30 ELE-L29 və Huawei P30 Pro modeli isə VOG-L29 kod adına sahibdir. Həçminin şəkildə iki smartfonun da Full HD displeyə sahib olacağını açıq görmək olar. Bu isə öncədən sızdırılmış məlumatlara tam zidd məlumata bənzəyir. Əvvəlki məlumatlarda 2 smartfonun da Ultra HD displeyə malik olacağı yer alırdı. Digər məlumatda isə cihazların Android 9 Pie versiyası ilə satışa çıxarılacağı qeyd edilir.

Daha əvvəl smartfonlar üçün örtük istehsal edən bir şirkət P30 və P30 Pro modellərinin xarici görünüşünü özündə əks etdirən şəkillər sızdırmışdı. Şəkillərdən P30 Pro modelinin arxa hissədə vertikal şaquli düzülmüş 4 kameraya və kameraların sağında yerləşən LED işıqlandırmaya sahib olduğu əks olunurdu. P30 modeli isə şaquli düzülmüş 3 kamera və kameraların alt hissəsində yerləşən LED işıqlandırmaya sahib olacağı əks olunurdu.

Müzakirəyə qoşul

Müqayisə növbəsi